SOCAR-da insan faktoru 42-ci yerdədir
ARDNŞ-ın neftçiləri daşıyan helikopteri tüstülədi
ARDNŞ (SOCAR) ölkənin ən yüksək gəlirli şirkəti olsa da, burada çalışan işçilər mediaya təminatla bağlı vaxtaşırı şikayətlər göndərir. Adətən neftçilərin şikayəti nəqliyyat və yemək təminatı ilə bağlı olur. Bunlar da neftçi fəhlələr üçün həyati vacib olan məsələlərdir. Bu dəfəki şikayət də elə ənənəyə uyğun olaraq nəqliyyat təminatı ilə bağlıdır.
Beləliklə neftçilər yazır ki, iki gün əvvəl "28 May" adlı neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı Dərin Dəniz Özülü (DDÖ-3) və 10 saylı Dərin Dəniz Özülünə (DDÖ 10) növbə dəyişəcək neftçiləri aparmalı olan "AZE 72" markalı helikopterdə nasazlıq aşkar olub. Helikopter işçiləri yığıb aparmaq istəyəndə maşının mühərrik bölməsi tüstüləyib. Əgər o tüstülənmə helikopter havada olanda olsaydı, bu neftçilərin taleyi necə olacağdı? İdarə başqa helkopter sifariş etmədiyi üçün həmin gün neftçilər növbəni dəyişə bilməyib. ARDNŞ rəhbərliyi heç narahatlıq da keçirmir ki, bir tərəfdən növbəsini bitirən fəhlənin evinə getmək, istirahət etmək haqqı tapdalanır, digər tərəfdən, işə başlamalı olan fəhlə isə günlərlə avara-sərgərdan şirkətin obyektləri aradında dolaşmalı olur.
ARDNŞ (SOCAR) milyardlarla gəlir əldə edir, bu gəlirlər hesabına özünü reklam edir, amma neftçilərin daşınması üçün normal nəqliyyat təminatı verə bilmir. Rövşən Nəcəf gələndə ümüdlər böyük idi, lakin deyəsən Rövşən bəy Rövnəq bəyin atasına rəhmət oxudmq üçün gəlib vəzifəyə. İşçilərə vaxtlı vaxtında spesifik geyim verə bilmir, amma SOCAR rəsmiləri danışanda deyir ki, hər şey yaxşıdı.
Qeyd: Başınız Downstream (aşağı axın), Midlestreem (orta axın), Upstreem (yuxarı axın) qarışıb, İnsan faktoru yaddan çıxıb, bəlkə məqamdı, bir "Helikopterstreem" MMC-də yaradasınız.