Beyləqanda AİİB-in rəhbərlik etdiyi layihə uğurla davam edir
Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan şəhəri və ətraf qəsəbələrdə həyata kecirilir. Koalisiyaya daxil edilmiş digər iki QHT - ”Şəfa” Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir.
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla davam edir.
Vətən Müharibəsi Qazilərinə qurulmuş 5 ədəd, hər biri 5m X 20m ölçülü istixanalarda pomidor şitillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı sürətlə davam edir. Pomidor çiçəkləmə fazasındadır. Tək-tək xırda pomidorlar da görünməkdədir. Xiyar əkənlər isə artıq bir həftədir ki, məhsuldan istifadə edirlər.
Bu layihə cərçivəsində paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq - davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimlər keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir.
Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir.
Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olmuşdur. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyyələr verib.
Layihə heyəti olaraq bütün imkanlardan maksimum istifadə etməklə layihəni uğurla başa vurmağa çalışacağıq.
AİİB sədri Eyyub Hüseynov
.