Ermənistan vəziyyəti daha da gərginləşdirir
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan vəziyyəti daha da gərginləşdirir.
Mayın 11-i səhər saatlarından etibarən vəziyyəti daha da gərginləşdirən Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri lazımi cavab tədbirləri görür.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatı:
“11 may səhər saatlarından etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sotski istiqamətində yerləşən erməni mövqeləri istiqamətində artilleriya və minaatanlardan atəşə tutmaqda davam edir.
Saat 08:00-a olan məlumata görə, erməni tərəfdən 3 nəfər yaralanıb. Azərbaycan Silahlı Qüvvələri yaralı əsgəri aparan təcili tibbi yardım maşınına atəş açıb.
Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri müvafiq müdafiə və qabaqlayıcı tədbirlər görür.
Müdafiə Nazirliyi əlavə açıqlama verəcək”.