Azərbaycanla Ermənistan arasında irimiqyaslı döyüşlər başlayıb

Azərbaycan-Ermənistan sərhədində səhər saatlarından başlayan toqquşmalar davam edir.

Bu barədə hər iki tərəfin Müdafiə Nazirlikləri məlumatı təsdiqləyib. Azərbaycan tərəfinin məlumatında deyilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmağa davam edir. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Davam edən toqquşmalar nəticəsində hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Ermənistan tərəfi 3, Azərbaycan tərəfi isə bir yaralının olduğunu açiqlayıb.