ƏƏSMN-nin "pensiya kəsmə" əməliyyatı davam edir

Bu dəfə yenə mövzu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 'pensiya kəsmə" əməliyyatı ilə bağlıdır.

Neftçi Abdullayev Nəriman Bəxtiyar oğlunun 2-ci qrup əllil olması məhkəmə tərəfindən təsdiq olundu. Uzun sürən araşdırmanın nəticəsində ədalət bərqərar olundu. Lakin təcrübə göstərir ki, bütün işlərində olduğu kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi bu işdə də vicdnsızcasına kassasiya şikayəti verəcəkdir. Əslində dövkət qurumunun məhkəmə qərarından növbəti məhkəmə instansiyasına müraciəti böyur bir qənahətdir. Lakin Ali Məhkəmənin qanuni əsaslarla işə baxıb ədalətli qərar qəbul edəcəyini ehtimal edirik.

Haqqında bəhs etdiyimiz neftçi Nəriman Abdullayev əslində əmək fəaliyyəti dönəmində dəfələrlə xəsərratlar alıb.


  • 1985-ci ildən ARDNŞ Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu və digər işlərdə işləyib
  • - 1988-ci il noyabrın 2-də, ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub. Onun ayaqları tutulub. İki il yataq xəstəsi olub. Müalicə olunub və 1993-cü ildə yenidən işə qəbul olunub.
  • - 2006-cı il dekabrın 31-də gecə Qum Dəniz yatağında növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb və Abdullayev dənizə düşüb.
    - 2007-ci ilin oktyabrında Xəzər dənizində qazma quyularında onurğa sütunundan növbəti istehsalat xəsarəti alıb. Oktyabrın 22-də onurğa sütunundan əməliyyat olunub. Dəfələrlə stasionar xəstəxanalarda müalicə alıb.
    - 2008-ci il iyunun 21-də onurğa sütununda istehsalat xəsarəti, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən işdən azad edilib. 15 ildən çox imtiyazlı iş stajına malikdir.
     2021-ci il iyunun 24-dən ona pensiya verilməsi dayandırılıb.
    Bununla əlaqadar Abdullayev Nəriman Bəxtiyar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ona təyin olunan və ləğv edilmiş 2-ci dərəcə əlilliyin 01.07.2021-ci il tarixdən etibarən müddətsiz müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
    Bakı İnzibati Məhkəməsinin 26.07.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan Agentlik tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli qərarı ilə təmin edilmədi.
    Yekunda iddia tələbbi təmin edildi və Abdullayev Nəriman Bəxtiyar oğlunun 2-ci qrup əllil olması məhkəmə tərəfindən də təsdiq olundu. Uzun sürən araşdırmanın nəticəsində ədalət bərqərar olundu. Təcrübə göstərir ki, bütün işlərində olduğu kimi Agentlik bu işdə də vicdnsızcasına kassasiya şikayəti verəcəkdir. Lakin Ali Məhkəmənin qanuni əsaslarla işə baxıb ədalətli qərar qəbul edəcəyini ehtimal edirik.
    İddiaçını məhkəmədə müdafiə edən vəkillər Rauf Əzimov və Orxan Abbasovdur.