İranda məhbus işgəncə altında öldürüldü
Böyük Tehran həbsxanasında təhlükəsizlik qüvvələri tərəfindən döyülən və işgəncələrə məruz qalan Saman Dərvişi adlı məhbus həyatını itirib.
Bu haqda məlumat verən “Hengaw” insan haqları saytı Dərvişinin mayın 8-də axşam saatlarında dünyasını dəyişdiyini yazıb. Həbsdə olarkən bir zabitə xəsarət yetirdiyinə görə ötən il hökumət qüvvələrinin onu ağır zərbələrə və işgəncələrə məruz qoyduğu bildirilir. Məhz bu zorakılıqlar nəticəsində Dərvişi koma vəziyyətinə düşmüşdü.
#İran #zindan #məhbus #işgəncə