Azərbaycan dənizçiləri beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbçiləri Şərqi Aralıq dənizində “Kürtaran-2023” axtarış-xilasetmə təlimində iştirak ediblər.

Müdafiə Nazirliyindən Calibre.az-a verilən məlumata görə, təlimin planına əsasən, batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, o cümlədən ekipaj üzvlərinin xilas edilməsi, dalğıclar vasitəsilə onlara ərzaq və dərman preparatlarının daşınması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq təlimlərdə 17 ölkədən 37 nümayəndə iştirak edib.