Eyni statuslu iki işçinin maaşı fərqli ola bilərmi?
Eyni ştatda olan, eyni vəzifə və peşədə çalışan, eyni ixtisasa malik olan işçilərin tarif (vəzifə) maaşı arasında fərqin olması qadağandır. Əmək qanunvericiliyinə əsasən bu ayrı seçkilik hesab olunur.
Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxslər isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
Azəe Quliyev.