Ağır və zərərli işə görə nə qədər vəsait ödənilir, nə qədər ödənilməlidir?
Təcrübədə "əmək şəraiti ağır və zərərli işə görə" işçilərə ödənilməli olan vəsaitin verilməsində əmək qanunvericiliyinin bu tələbinə nə qədər əməl olunur?
Əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Bu məqsədlə həmkarlar təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına aşağıdakı qaydada əlavə əmək haqqı aşağıdakı qaydadanödənilməlidir.
- Əmək şəraiti ağır və zərərli olan işlərdə:
aşağı səviyyəsində - 4 faiz, orta səviyyəsində - 8 faiz, yuxarı səviyyəsində - 12 faiz.
- Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə:
aşağı səviyyəsində -16 faiz, orta səviyyədə - 20 faiz, yuxarı səviyyəsində - 24 faiz.
Azər Quliyev