"Nar Mobile" abonentlərinin "cibinə girir"


"Nar Mobile" istifadəçiləri yenə sosial şəbəkələr üzərindən öz giley və şikayətlərini paylaşıblar.
Belə ki, Facebook sosial şəbəkəsi üzərindən, Taleh Sultan adlı istifadəçi yazır:


""Nar Mobile" müştərisiyəm.
İnternet paketimi (xs) yeniləmək istədim, kreditim olduğu üçün 3 AZN balansa yüklədim, kredit çıxıldı və yenidən kredit götürdüm - 1.50 AZN (1+0.5).
Xs paketinin qiyməti isə 1 AZN-dir. "Nar mobile"-nin saytına daxil olub paketi yeniləmək istəyəndə, balans 1 AZN olaraq göstərildi, səhifəni yenilədikdə 0.00 AZN göstərildi.
Dəqiqləşdirmə üçün saytın üst hissədən saatlara nəzər yetirə bilərsiniz."


Qeyd edək ki, artıq bir neçə ildir ki, istifadəçilər "Nar Mobil" operatorunun balansdan "pul oğurlaması", həmçinin "limitsiz internet" adı altında, müəyyən limitə çatdıqda sürətin zəifləməsindən gileylənirlər.
Bundan əlavə "Nar Mobile" şirkətinə məxsus olduğu deyilən "City Net" internet providerinin keyfiyyət səviyyəsinin olduqca aşağı olması da istifadəçilərdə narazılıq yaradan səbəblərə sırasına daxildir.
Qeyd olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.