"BAKCELL" halal-haram bilmədən oğurlayır...
“"Bakcell", oğurluq haramdır!. Partnyor şirkətləriniz icazəmiz olmadan hansısa “xidmətlərə” qoşurlarsa, deməli, siz icazə verirsiniz”.
"Bakcell"-ə qarşı bu ittihamı jurnalist Rəşad Vaqifoğlu sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, 555-lə əlaqə saxlayıb: “Hansısa xidmətə abunə olduğumu dedilər. Guya mənə hansısa mesajlar göndərərək “xidmət” göstərirlər. Təbii ki, mən hansısa xidmətə abunə olmaram. Əgər olmuşdumsa, niyə mənə bu barədə heç bir məlumat verilmir. Hansısa xidmət göstərilmədiyi halda, sadəcə balansımdan 60 qəpik(lər) silinir. Bu şirkətlər sizin partnyorunuzdur. Həmin silinən məbləğlərdə sizin faiziniz var. Yəni kommersiya marağınız var. Ən əsası, mən o partnyor şirkətlərinizin deyil, sizin müştərinizəm. Balansıma nəzarət etmək üçün, silinmə barədə bildiriş almaləyam. Siz isə bunu etmirsiniz. Bir sözlə, bu firıldağın içində siz də varsınız”.
Jurnalist bildirib ki, şirkət bunu işgüzar nüfuzuna ziyan hesab edirsə, məhkəməyə versin: “Məmnuniyyətlə, məhkəmədə dediklərimi sübut edərəm. Amma bir daha deyirəm, oğurluq və fırıldaq haramdır”.
“Bakcell” isə ənənəvi cavabla jurnalistin ittihamından yayınmağa çalışıb.