"Binəqədi OYL" ƏŞ əsl oğrunun tapılmasında maraqlı deyilsə...

"Binəqədi OYL" Əməliyyat Şirkəti əsl oğrunun tapılması marağında deyilsə, bu halda oğru kimdir?

Vəzifəsini yerinə yetirən fəhlə, yoxsa onu şantaj edib, oğurluğu tez-tələsik ört-basdır edən günahkardır?


Fərzəliyev Əflatun İsi oğlu 1988-ci ildən Binəqədi NQÇİ-də (sonradan həmin idarənin bazasında "Binəqədi OYL" ƏŞ yaradılıb) qüsursuz çalışıb. 2023-cü ilin yanvarında sex rəisi onu oğurluqda (tutduğu vəzifəyə uyğun olaraq maşına 19 ədəd mil yüklədiyi üçün) günahlandırıb. Bu əsasla rəis onu şantaj və psixoloji təyziq vasitəsilə işdənçıxma ərizəsi yazmağa məcbur edib. Fərzəliyev günahsız olduğunu, şərləndiyini və əsl oğrunun tapılmasını və cəzalandırılmasını, özünün isə işə qaytarılmasını istəyir.

"Korrupsiya və Qanun" İctimai-siyasi hüquq qəzetinin Baş redaktoru xanım Xuraman Quliyeva tərəfindən bu barədə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət ünvanlanıb. Hüquqlari pozulmus neftçi həm də Neftçilərin Hüquqlarının Müdafiəsi Təskilatına şikayət məktubu göndərib.