ARDNŞ qiymətləndirmə sorğusunu nədən anonim keçirmir?
ARDNŞ Baş ofisi iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi üçün işçilər arasında sorğu keçirir. Bununla əlaqadar işçlərin mobil telefonuna mesaj (Azərbaycan əlifbasından istifadə edilməsə də) göndərilib..."
Bunu açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Tanınmış hüquq müdafiəçisi daha sonra bildirir ki, işçilər arasında əmək şəraiti ilə əlaqadar sorğu keçirilməsi təqdirəlayiq olardı, əgər sorğu anonim aparılsaydı:
"Bu halda real vəziyyəti öyrənib, müəyyən tədbirlər planı hazırlana bilərdi. Lakin bu mümkün olmayacaq. Ona görə ki, balaca və yekə (sahə üzrə məsul və müəyyən marağa malik) rəislər işçilərə təzyiq göstərib, real vəziyyəti qiymətləndirən məlumatların dilə gətirilməsinə imkanı vermirlər".