Nənə 11 yaşlı Ülvi üçün yardım istəyir: "Qohumlar xəstəliyini bilən gündən bizimlə əlaqəni kəsiblər"

On bir yaşlı Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun nənəsi Vəfa Cəfərova məlumat verib.
O bildirib ki, nəvəsi 2020-ci ildən leykoz xəstəsidir.
"Ülvinin on bir yaşı var. Altı yaşı olanda biz onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrinə başladıq. Biz onun sağaldığını düşünüb sevinərkən xəstəlik 2023-cü ildə yenidən qayıtdı. Biz artıq iki ilə yaxındır ki, yenidən müalicələrə başlamışıq".
Vəfa Cəfərova nəvəsinin qəyyumluğunu öz üzərinə götürdüyünü deyib.
"Ülvinin anası rayonlardan birində işləyir. Xəstəxanaya rahat aparıb-gətirmək üçün uşağın qəyyumluğunu mən götürmüşəm. Atası Ülvi doğulan gündən onunla maraqlanmır. Qohumlarımız isə xəstəliyi bildikləri gündən bizimlə, demək olar, əlaqəni kəsiblər. İllərdir, sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələrini edib onu həyatda tuta bilirik. Ülvinin müalicəsi üçün beş il əvvəl evimə qədər satmışam, ona görə hazırda kirayədə yaşayırıq. İnanın, həm kirayə, həm uşağın müalicələri, günlük xərcləri qarşılamaq bizim üçün çox çətindir. Ülvinin hazırda müalicələrini davam etdirə bilmək üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-42-22.
"Leo Bank": 5411 2498 0715 2330.