50 minə yaxın sakinin yaşadığı binalarda qaz yoxdur

Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" Yaşayış Kompleksinin sakinləri mənzillərində qaz balonlarından istifadə edirlər.
Lim10.az ATV-yə istinadən xəbər verir ki, 50 minə yaxın sakinin yaşadığı binalarda qaz yoxdur.
Şikayətçilərin sözlərinə görə, ətrafda yerləşən digər binalar qazlaşdırılıb.
Onlar məsələ ilə bağlı (MTK) Mənzil-Tikinti Kooperativləri rəhbərliyinə dəfələrlə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Ətraflı süjetdə:
50 minə yaxın sakinin yaşadığı binalarda qaz yoxdur