Myanmada yeni güclü zəlzələ qeydə alındı

Myanmanın Mandalay şəhərində 5 bal gücündə yeni zəlzələ baş verib.
Lim10.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə saat 15:01-də Mandalaydan 16 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Mandalayda 1.2 milyondan çox insan yaşayır. Dağıntılar və insanlar üçün fəsadlar barədə məlumat verilməyib.
Xatırladaq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7.7 olan bir neçə güclü zəlzələ baş verib. Afterşoklar Tailand, Çin və Vyetnamda da hiss olunub.