Roma Papası müalicədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Roma Papası Fransisk xəstəxanadan buraxıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Lim10.az xəbər verir ki, "Vatican News" onun insanları salamlama kadrlarını yayıb.
88 yaşlı pontifik əlil arabasında Vatikanın Müqəddəs Pyotr meydanına çıxıb və orada toplaşanlara müraciət edb. O, insanları salamlayıb və bir neçə söz söyləyib.
Bu, Roma Papasının martın 23-də xəstəxanadan buraxıldıqdan sonra ictimaiyyət qarşısına ilk çıxışıdır.
Xatırladaq ki, o, fevralın ortalarında tənəffüs yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.