Myanmada zəlzələdə həlak olanların sayı artıb

Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 3 564 nəfərə çatıb.
Lim10.az xəbər verir ki, bunu Çin Mərkəzi Televiziyası (CCTV) açıqlayıb.
Bildirilib ki, daha 4 671 nəfər yaralanıb, 214 nəfər isə itkin düşüb.
Verilən məlumata görə, yerli və beynəlxalq xilasetmə təşkilatları axtarış işləri apararaq 653 nəfər sağ qalanı xilas edib və dağıntılar altından 682 nəfərin nəşini çıxarıb.
Xatırladaq ki, zəlzələ 28 mart tarixində baş verib. Yerli Meteorologiya Departamenti onun gücünü 8.2 bal qiymətləndirib. Təbii fəlakətdən Tailand da ziyan çəkib, yeraltı təkanlar Çin və Vyetnamda da hiss edilib.