Çində "iqtisadiyyat kralı"nın oğlu həbs edildi

Maliyyəçi Lyu Tyanjan ("Skycus Capital"in qurucusu və ilk rəhbəri) korrupsiya şübhəsi ilə Çində istintaq altındadır.

Lim10.az "Financial Times"a istinadən xəbər verir ki, maliyyəçinin atası keçmiş vitse-premyer (2018-2023) Lyu Hedir ki, o, Çinin "iqtisadiyyat kralı" kimi tanınır.

Onun Çin sədri Si Cinpinin etibarlı adamı olduğu və Donald Trampın ilk prezidentlik müddətində (2017-2021) ABŞ administrasiyası ilə ticarət danışıqları apardığı qeyd edilir.

Bildirilir ki, Lyu Tyanjanın həbsi Cek Ma tərəfindən qurulmuş "Ant Group"un ("Alibaba") 37 milyard dollar dəyərində ilk ictimai səhm təklifini (IPO) həyata keçirmə planları ilə bağlıdır. IPO prosesi 2020-ci ildə Si Cinpinin əmri ilə ləğv edilib.