Miqrantların ən çox üz tutduqları Avropa ölkəsi dəyişib

Almaniyada ilin birinci rübündə sığınacaq üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Lim10.az "TvRus"a istinadən xəbər verir ki, uzun illərdən sonra ilk dəfə olaraq Almaniya Avropa İttifaqında sığınacaq üçün müraciətlərin sayına görə birinci yeri itirib.
Sənədlərə görə, indi ən çox müraciətin qeydə alındığı ölkə Fransadır. 1 yanvar-31 mart 2025-ci il tarixlərində ümumi 40,871 müraciət qeydə alınıb. Onu İspaniya (39,318 müraciət) və Almaniya (37,387 müraciət) izləyir.
Qeyd edək ki, Almaniyada sığınacaq üçün müraciətlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.
Ən az müraciətin qeydə alındığı ölkələr siyahısında isə Macarıstan (cəmi 22 müraciət) və Slovakiya (37 müraciət) yer alıb.
Avropa İttifaqına ən çox sığınacaq müraciəti Venesuela vətəndaşları tərəfindən edilib. Onları əfqanlar və suriyalılar izləyir.