Qripə qarşı saqqız hazırlandı

Pennsilvaniya Universitetinin alimləri "Lablab purpureus" lobya növündən düzəldilmiş, ağız boşluğunda iki sadə herpes virusu və iki qrip növünü neytrallaşdıra bilən saqqız hazırlayıblar.
Lim10.az xəbər verir ki, tədqiqat nəticələri "Molecular Therapy" jurnalında dərc edilib.
İxtira edilmiş saqqızda təbii şəkildə lobyada olan fril proteini var. Bu protein viruslar üçün "tələ" kimi çıxış edərək onların ağız boşluğundakı qatılığını effektiv şəkildə azaldır.
Laboratoriya testləri göstərib ki, cəmi 40 milliqram aktiv maddə virus yükünü 95%-dən çox azalda bilər.
Saqqız artıq ABŞ Səhiyyə Nazirliyinin FDA (Qida və Dərman İdarəsi) standartlarına uyğunluq yoxlamasından keçib. Tədqiqatçılar onun təhlükəsiz olduğunu bildiriblər.