13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır

13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"İbrahimin 13 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda uşağın vəziyyəti lap ağırlaşıb, qıcolmaları artıb. İbrahim 3 yaşında əməliyyat keçirib, hazırda müalicələr fayda vermədiyi üçün yenidən əməliyyat olunmalıdır. Onun əməliyyatı üçün hazırda 1 000 manatımız çatmır".
Gənc ana İbrahimdən başqa, üç uşağının olduğunu deyib:
"Bizim İbrahimdən başqa, daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə günü 15 manata fəhləlik edir. Hazırda vəziyyətimiz çox ağırdır. Həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 271-25-24.
Azərbaycan Beynəlxalq Bankı (ABB): 5522 0993 6891 5054.