“Finans Kredit İttifaqı” MMC-nın (VÖEN 3900741561) rəhbərliyinə “Finans Kredit İttifaqı” MMC-nın 2024-cii ilin illik maliyyə hesabatlarmm auditinə dair Müstəqil auditorun hesabatı

Müsbət Rəy
Mən, “Finans Kredit İttifaqı” MMC-nın 31 dekabr 2024-cü il tarixə balans hesabatından və bu tarixdə başa çatmış il üzrə mənfəət və zərərlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin axını barədə hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardım.
Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixə Cəmiyyətin maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin axını üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.
Rəy üçün əsaslar
Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyət əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü,
Sərbəst auditor Soltanov Qulu Mehbalı oglu
Beyləqan rayonu, Azərbaycan Respublikası