İqamətgahı belə tərk etdi: "Artıq adi bir vətəndaşam" - FOTO

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol vəzifəsindən uzaqlaşdırıldıqdan bir həftə sonra rəsmi prezident iqamətgahından şəxsi iqamətgahına köçüb.

Lim10.az Milli.Az-a istinadən xəbər verir ki, Yoon Suk Yeol vəkili vasitəsilə verdiyi açıqlamada bu sözləri deyib:

"Mən indi adi bir vətəndaş kimi həyata qayıdacağam və millətimizə və xalqımıza xidmət etmək üçün yeni yol axtaracağam" .

Prezident iqamətgahını tərk edən Yoon Suk Yeol prezident iqamətgahı qarşısında gözləyən yüzlərlə tərəfdarı ilə görüşüb. Yoon Suk Yeol ona sevgi göstərən tərəfdarlarını bir-bir salamlayarkən emosional anlar yaşanıb. 

Qeyd edək ki, Yoon Suk Cənubi Koreya Konstitusiya Məhkəməsinin elan etdiyi hərbi vəziyyətə görə vəzifəsindən uzaqlaşdırılıb.