Tramp Türkiyəyə səfər edə bilər

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edə bilər.

Lim10.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Belə ki, “CNN Türk”ün əməkdaşı Ağ Ev sözçüsü Karolin Levitə Donald Trampın mayda Yaxın Şərqə səfəri zamanı Türkiyəyə də gedib-getməyəcəyini sual edib.

“Prezident Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə, yoxsa Türkiyədə görüşməyi planlaşdırır?”, – deyə jurnalist Yunus Paksoy soruşub.

K.Levit isə belə bir səfəri təsdiqləməsə də, ehtimal daxilində olduğunu söyləyib.

"Hazırda prezidentin xaricə səfəri ilə bağlı Səudiyyə Ərəbistanına gedəcəyini deməkdən başqa detallı bir məlumatım yoxdur. Amma bu səfər çərçivəsində başqa ölkələr də ola bilər".

ABŞ sözçüsü Ağ Evin Türkiyəni Yaxın Şərq səfərinə əlavə etməyi düşünüb-düşünmədiyi ilə bağlı suala "Hazırda detallar üzərində işləyirik və bu səfərin təfərrüatlarını ən qısa zamanda paylaşacağıq” cavabını verib.

Qeyd edək ki, ABŞ Pezidentinin mayda Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir.

Billurə Yunus