Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO

Diyarbəkirin Bağlar rayonunda itkin düşdükdən 19 gün sonra cəsədi dərədə tapılan Narin Güran cinayəti ilə bağlı 6-sı həbsdə, 3-ü uşaq olmaqla 15 nəfər ilk dəfə hakim qarşısına çıxarılacaq.

Lim10.az Musavat.com-a istinadla xəbər verir ki, proses sabah Diyarbəkir 17-ci Cəza Məhkəməsində baş tutacaq.

Xatırladaq ki, Bağlar rayonunun Tavşantepe məhəlləsində 21 avqust 2024-cü ildə itkin düşən Narin Güranın cəsədi aparılan axtarışların 19-cu günündə dərədə çuvalın içində tapılıb. Çuvalın üzərinə 30, 25 və 20 kiloqramlıq üç daş qoyularaq gizlədilib.

NARİN.jpg (72 KB)

Dəhşətli cinayətlə bağlı 4 nəfərə qarşı Diyarbəkir Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılıb.

Narin Güranın əmisi Salim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və cəsədi dərəyə daşıdığını etiraf edən qonşusu Nevzat Bahtiyar barəsində ömürlük həbs cəzası tələb olunub.

Ötən ilin 28 dekabr tarixində keçirilən ikinci məhkəmə iclasında Salim Güran, Enes Güran və Yüksel Gürana ömürlük, Nevzat Bahtiyara isə "cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə" maddəsi ilə 4 il 6 ay həbs cəzası verilib.

Diyarbəkir Baş Prokurorluğu tərəfindən həbsdə olan Birsen Güran, Fuat Güran, Maşallah Güran, Salim Güranın işçisi Mehmet Selim Atasoy, Mehmet Şevket Kaya və Muhammed Kaya ilə yanaşı, azadlıqda olan Şeyma Kaya, Hediye Güran, İbrahim Halil Güran, Barış Güran, Kurtuluş Güran və Ömer Faruk Güran barəsində də "cinayətkarı gizlətmə" maddəsi ilə cinayət işi açılıb.

Bundan əlavə, təqsirləndirilən və azadlıqda olan M.G. (15), İ.K. (16) və R.A. (15) adlı 3 azyaşlı barəsində də "cinayətkarı gizlətmə" ittihamı ilə hazırlanan ittiham aktı Diyarbəkir 2-ci Uşaq Məhkəməsi tərəfindən qəbul edilib.

Sonrakı mərhələdə bu iki cinayət işi birləşdirilib.