Dünyada təhlükəsiz yer olmayacaq, reallıq budur - Zelenski

Rusiya lideri Vladimir Putin dayandırılmasa, Ukraynada müharibə III Dünya müharibəsinə qədər böyüyə bilər.

Lim10.az xəbər verir ki, belə bir xəbərdarlıqla Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib. 

Zelenskiyə “CBS News”a verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsinin bütün dünyanın təhlükəsizliyinə təhlükə olduğunu vurğulayıb.

"Əgər biz möhkəm dayanmasaq, Putin irəliyə gedəcək. Bu, sadəcə olaraq boş spekulyasiya deyil, təhlükə realdır. Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər", - Zelenski qeyd edib.
Prezident onu da vurğulayıb ki,  bu baş verərsə, dünyada heç kəs üçün təhlükəsiz yer olmayacaq.

Mürtəza
Lim10.az