Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib

Perulu yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 90 yaşında vəfat edib.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə onun övladları məlumat verib.

Bildirlib ki, yazıçı ilə açıq vida mərasimi olmayacaq.

Qeyd edək ki, 2010-cu ildə yazıçı “hakimiyyət strukturunun kartoqrafiyasına və müqavimət, üsyan və fərdi məğlubiyyətin parlaq təsvirlərinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Varqas Lyosanın ən məşhur əsərlərindən biri ona beynəlxalq səviyyədə tanınma gətirən “Şəhər və itlər” (1963) romanıdır. Yazıçı öz əsərində tez-tez güc, zorakılıq, sosial münaqişə və insan təbiəti mövzularını araşdırıb.

Həmidə İbrahimova