Azərbaycan və Kamboca ikiqat vergitutmanı aradan qaldırır

Kambocanın paytaxtı Pnompendə Azərbaycanla bu ölkə arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqların 1-ci mərhələsi keçirilib.

Lim10.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan danışıqlarda qurumun ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Kambocadan isə Maliyyə və İqtisadiyyat Nazirliyinin Vergi Departamentinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələr nəticəsində saziş layihəsinin əksər maddələri üzrə razılıq əldə olunub, bir neçə maddənin razılaşdırılması məqsədilə danışıqların davam etdirilməsi qərara alınıb.