İsrail Ordusu Livanın cənubuna yeni dəqiq zərbə endirib.
“Lim10.az ” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin məqsədi “Hizbullah”ın silahlı qanadının xüsusi əməliyyat bölmələrindən birinin taqım komandirini məhv etmək olub. Hücum nəticəsində o öldürülüb, onun adı açıqlanmayıb.
Qeyd olunur ki, zərbə Livanın cənubundakı Aytarun qəsəbəsinin kənarına endirilib.