Qəzza zolağına zərbə endirməyi planlaşdıran İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən biri döyüş əməliyyatı zamanı texniki nasazlıq səbəbindən öz ərazisinə raket atıb.
Lim10.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl Qəzza zolağına hücum zamanı döyüş təyyarəsindən atılan sursat texniki nasazlıq nəticəsində İsrailin sərhəd şəhəri Nir İtzhak ərazisində açıq əraziyə düşüb”, - deyə məlumatda bildirilir.
Hərbçilərin məlumatına görə, itki yoxdur və hadisə ilə bağlı araşdırma aparılır.(axar.az)