"Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ

“Yaşa görə uşağın qaldırdığı yükün çəki normativi məktəblərə şamil olunurmu? Mənə elə gəlir təhsil ekspertləri məsələni gündəmə gətirməlidir. Azərbaycanda bizim dövrümüzdə skaliloz, kifoz kimi xəstəliklər o qədər də tanınmırdı. Uşaq 7 yaşından başlayaraq 10 ay bu ağır yüklə məktəbə gedir. Uşağın formalaşmamış orqanları yükdən əyilir”. 

Lim10.az xəbər verir ki, bu sözləri “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun fikrincə, hamı övladını məktəbə maşınla aparmır:

“Əgər uşaqların sağlam inkişafından danışırıqsa, bu mövzu ciddi müzakirə edilməlidir. Dərs proqramlarının çətinliyi zehni gərginlik yaradırsa, əlavə olaraq yaşına uyğun olmayan ağırlığı qaldırmaq sözsüz ki, uşağı inkişafıdan ləngidir. Yeri gəlmiş son günlər doğuşun azalması ilə bağlı müzakirələrdə bu aspekti unutmayın. Bütün orqanları əyilmiş gəncin uşaq dünyaya gətirə bilməsi mümkünsüzləşir”.

Qeyd edək ki, son günlər bu məsələ sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez gündəmə gətirilir. Ekspertlər və valideynlər xüsusilə ibtidai sinif şagirdlərinin yaşına uyğun olmayan ağır çantaların onurğa problemlərinə səbəb olduğunu bildirirlər.

Həmidə İbrahimova