Lim10.az bu barədə yerli mediaya istinadən xəbər verir.
"Hörmətli Serbiya vətəndaşları, martın 15-də ölkəmizdə rəngli inqilab həyata keçirməyə cəhd edildi. Hakimiyyətin zorakılıqla ələ keçirilməsi üçün hər şey hazır idi. Səs topunun tətbiqi ilə bağlı yalan da hazırlanıb", - Serbiya lideri bildirib.
Vuçiç qeyd edib ki, o, Belqradda keçirilən etiraz aksiyaları zamanı ictimaiyyəti çaşdıran, səs topundan və ya digər növ akustik qurğulardan istifadə edilməsi barədə yalan məlumat yayanların hamısını məsuliyyətə cəlb etməyə şəxsən çalışacaq.
Vuçiç Rusiya FTX-nin apardığı təhqiqatla bağlı yekun hesabatı da açıqlayıb. Məlumatda bildirilirdi ki, aksiya zamanı akustik cihaz, eləcə də Serbiya polisinə məxsus digər cihazlardan istifadə edilməyib.
Martın 17-də “Kreni-Promeni” təşkilatının təmsil etdiyi Serbiya müxalifəti Belqradda etiraz aksiyası zamanı səs topundan istifadə edildiyi iddiası ilə bağlı BMT-yə müraciət etmək niyyətində olduğunu bəyan edib.
Elvin
Lim10.az