Dünyanın ən hündür körpüsü tikilir - 1 saatlıq yolu 1 dəqiqəyə qədər azaldacaq

Çinin Quyçjou əyalətində yeni dünya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir.

Lim10.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Oddity Central” məlumat yayıb.

Belə ki, Beypan çayını əhatə edən Huatsyan Qrand Kanyon körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyatın hərəkətinə açılacaq.

Qeyd edək ki, Quyçjou artıq dünyanın 100 ən hündür körpüsünün yarıdan çoxuna ev sahibliyi edir. Körpünün tikintisi 2022-ci ilin yanvarında başlayıb və hazırda 95% tamamlanıb. “Guizhou Highway Group”un baş mühəndisinin sözlərinə görə, körpü Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə olacaq.

Körpü Beypan çayı vadisinin “Yer çatı” kimi tanınan ən dərin hissəsindəki sahilləri birləşdirərək, keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.