İki milyona yaxın Qəzza sakilərin qida mənbələrindən məhrumdurlar - BMT

Təxminən 2 milyon insanın heç bir qida mənbəyi olmadan yaşadığı Qəzza zolağında humanitar böhran getdikcə pisləşir.

Lim10.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bildirib.

"Qəzza zolağında humanitar böhran getdikcə artır. Əksəriyyəti köçkün olan 2 milyona yaxın insan hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını ödəmək üçün tamamilə humanitar yardımdan asılıdır", - deyə bildirilib.

Ümumdünya Ərzaq Proqramı anklavda "ərzaq ehtiyatlarının kəskin azalması və əsas həyati xilasedici resursların kəskin çatışmazlığından ciddi narahatlığını" ifadə etdi.

Qeyd edilib ki, kritik vəziyyəti İsrailin Qəzza zolağına həyati əhəmiyyətli ərzaq ehtiyatlarının çatmasına mane olan sərhəd keçidlərini bağlaması daha da ağırlaşdırır.