Vatikanın San-Marta ibadətgahında Roma Papasının cənazəsi açıq tabutda nümayiş etdirilir.
Lim10.az "NBC News"a istinadla xəbər verir ki, onun fotoları bu gün səhər saatlarında yayımlanıb.
Xatırladaq ki, Roma Papası bazar ertəsi günü, Pasxa bayramını Müqəddəs Pyotr meydanında gözlənilməz çıxışı ilə qeyd etdikdən bir gün sonra, 88 yaşında vəfat edib. Vatikanın verdiyi rəsmi açıqlamaya görə, onun ölümünə səbəb insult keçirməsi olub.
ABŞ və Fransa prezidentləri daha əvvəl Roma-Katolik kilsəsinin başçısının dəfn mərasimində iştirak edəcəklərini rəsmi şəkildə təsdiqləyiblər.
Bu gün isə kardinal heyəti Papa Fransiskin dəfn tarixi ilə bağlı qərar verəcək.
Həmidə İbrahimova