Rusiya idxala 35 faiz rüsum tətbiq edib

Rusiya "dost olmayan ölkələr"dən bəzi malların idxalına 35 % artırılmış gömrük rüsumu tətbiq edir.

Lim10.az ” xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, müvafiq qərar yerli istehsalın artması səbəbindən Rusiya hökumətinin fərmanı ilə təsdiq edilib.

"2025-ci ilin yanvar ayından idxal edilən parfümeriya-kosmetika və məişət kimyası məhsullarına münasibətdə 35 % artırılmış gömrük rüsumu bir sıra qeyri-dost ölkələrə də şamil ediləcək. Beləliklə, əksər kateqoriyalarda yerli istehsalın artması ilə əlaqədar olaraq, dəriyə qulluq, makiyaj, saç məhsulları idxal məhdudiyyətlərinə məruz qalacaq”, - hesabatda qeyd olunur.