Hindistan Hind çayının Pakistana axınını kəsib

Hindistan bəndlər və kanallar vasitəsilə suyun axmasına nəzarət edən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axınını kəsib.

Lim10.az ” xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, 1960-cı ildə Hind Suları Sazişinin imzalanmasından sonra ilk belə blokada halıdır.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.

Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.(Qafqazinfo)