Sentyabrda məktəbə başlayacaqdı - 6 yaşlı Jalənin köməyinizə ehtiyacı var - FOTO

6 yaşlı Jalənin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Lim10.az -a onun atası Fuad Xanirzayev məlumat verib.

O bildirib ki, övladı ağır xəstəliklə mübarizə aparır:

"Jalə sentyabrda birinci sinfə başlayacaq. 2 həftədir ki, qızıma kəskin limfoblast leykoz diaqnozu qoyulub. Hazırda Jalə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır. Övladımın müalicə və əməliyyatı üçün əlimizdən gələni edirik. Lakin 40 min dollar pula ehtiyacımız var. Jalədən başqa evimdə dörd aylıq körpə övladım da var. Bu məbləğ bizim büdcəmizi aşır. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Bizi övlad itkisi yaşamağa qoymasınlar.

Sizin köməyiniz, dəstəyiniz Jalənin həyatını dəyişə bilər. Fərq etmir– böyük ya da kiçik məbləğ– onun sağ qalma ehtimalını artırır. Ən kiçik məbləğ belə indiki halda bizim üçün çox vacibdir. Jalənin yenidən yenidən qaçıb oynadığını, “mən sağaldım” dediyini görmək üçün dəstəyinizə ehtiyacım var, gəlin birlikdə Jalənin qələbə hekayəsini yazaq".

Əlaqə nömrəsi: 050 253 34 57

Unibank: 5243 7544 4143 6043