Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb.
Lim10.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik nazirliyinin rəhbəri Kristi Noem sosial şəbəkədə məlumat verib.
"İsrail səfirliyinin iki əməkdaşı axşam saatlarında (yerli vaxtla - red) Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında əsassız şəkildə öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - nazir deyib.
Atışma nəticəsində öldürülən İsrailli diplomatlarla bağlı hadisəyə reaksiya verən prezident Donald Tramp ictimaiyyəti antisemitizmə əsaslanan qətllərə son qoymağa çağırıb.
"Vaşinqtonda antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər dayandırılmalıdır", - Tramp deyib.
Mürtəza
Lim10.az