Ərdoğan yenidən prezident seçilmək niyyətində deyil

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb.

Lim10.az xəbər verir ki, bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb.

"Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur", - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyac var.