Mirzoyan Fransaya gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 9-10 iyun tarixlərində Fransanın Nitsa şəhərinə işgüzar səfər edəcək.

Lim10.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan Fransanın Xarici İşlər Nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.