Ərdoğandan Şaraya: İsrail-İran savaşından kənarda qalın!

Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır.

Lim10.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd əş-Şara ilə telefon danışığında bildirib.

Ərdoğan qeyd edib ki, hazırkı vəziyyətdə terror təşkilatları və radikal ünsürlərə qarşı daha diqqətli olmaq lazımdır.