İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
“Lim10.az ” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
İki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.
Qeyd edək ki, iyunun 20-də N.Paşinyan Türkiyə Prezidentinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.