Hakan Fidan: Zülmə qarşı dik duracağıq

İsrail regionu fəlakətə sürükləyir
İslam coğrafiyası səsini ucaldacaq, qlobal ədalətin bərqərar olmasına önəm verəcəyik və zülmə qarşı dik durmağa davam edəcəyik.

Lim10.az  xəbər verir ki, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında səsləndirib.

“Türkiyə İƏT-ə sədrliyi dövründə qlobal ədalətin bərqərar olmasına üstünlük verəcək və zülmə qarşı dik durmağa davam edəcək. Beynəlxalq əməkdaşlığın əsası olan çoxtərəflilik, sistemin özünün şübhə altına alındığı legitimlik böhranı ilə üz-üzədir”, - o qeyd edib.
İsrail-İran müharibəsinə toxunan nazir deyib ki, İsrail qonşumuz İrana hücum etməklə regionu tam fəlakətin astanasına sürükləyir. “Məsləhətləşmələrimizdə ilk növbədə sərhəd tanımayan bu təcavüzə son qoymaq üçün atacağımız qəti mövqe və birgə addımları müzakirə edəcəyik”, - o qeyd edib.

Hakan Fidan  həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bir vaxtda İsrailin hücumlarını pisləyib.

Mürtəza
Lim10.az