Ermənistanla Rusiya arasında münasibətlər transformasiya mərhələsindədir.
Lim10.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi olmayacaq. Amma bu, bizim münasibətlərimizin pis olması demək deyil. Təbii ki, Rusiyanın bu və ya digərini planlaşdırdığına dair müəyyən siqnallar var. Düzünü desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm, amma hər hansı problem yaranarsa, rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, onların həllini tapmağa çalışacağıq", - Paşinyan əlavə edib.
Həmidə İbrahimova