Xaçmazda İlham çeşməsi qaynayır

Söz elə bir yükdür ki, onun ağırlığını ən çox şairlər bilər. Şair ona verilmiş ilhamdan və Allahın insana neymət olaraq göndərdiyi söz ilə möcüzələr edir ki, buna bütün insanlar heyran qalır. Şair sözü ya hörmət, ya pul, ya vəzifə, ya da, başqa dünyavi adlara görə söyləməz .O , sözünü həm haqqı görərək haqsızlığa yazar, həm nakam sevgiləri görüb həqiqi sevgidən danışar, həm gəncləri doğru yola sövq edərək söyləyər. Beləcə ibrətnamələr, nəsihətnamələr, eşqnamələr , Vətənpərvər şeirlər və sairə əsərlər yazar ki, ona neymət olaraq verilmiş sözün haqqını verə bilsin.
Şairlər olan yerdə mütləqdir ki, ədəbi məclislər olmalı, bir az da, lokanik desək, şairlərin toplandığı yerlər olmalıdır.
Əsirlər boyu Azərbaycanda belə məclislər olub, elə bu gün də, fəaliyyət göstərməkdədir.
Bir zamanlar bu ədəbi məclislər haqqında yazım olmuşdur ki, o yazımda geniş olaraq "Xaçmaz Ulduzlar Ədəbi Məclisindən" danışmışdım. Bu gün isə, ümumi olaraq şimal bölgəsində (Şabran, Quba, Xaçmaz, Xudat.) fəaliyyət göstərən ədəbi məclislər haqqında qısa olaraq kənardan gördüklərimi bir şair müşahidəçi kimi söyləməkdir.
Şabran rayonunda mərhum şair Qafar Süleymanlının rəhbərlik etdiyi "Şabran ədəbi məclisi" bu gün çox az potensiala malik olan və ya başqa cür desək, passivlik xəstəliyinə məruz qalan bir məclisdir ki, əllərində olan imkanlardan istifadə etməyib həm sözə, həm də, onlar üçün yaradılmış "Xəqani porziya evi"nə hörmətsizlik edirlər.
Quba rayonunda şair Şıxəmməd Seyidməmmədovun sədirlik etdiyi "Gülüstan elmi-ədəbi məclisi" bu gün də, fəaliyyət göstərməkdədir. Baxmayaraq XX əsrin 30-cu ilindən A.A.Bakixanov tərəfindən yaradılmış bu məclis var ikən, Qubada şair Ramiz Qusarçaylının rəhbərlik etdiyi "Ay işığı" məclisi yaradıldı. Bu gün isə "Ay işığı" ədəbi məclisinin fəaliyyəti yox dərəcəsindədir. Gülüstan elmi-ədəbi məclisi isə, çətinliklə də olsa fəaliyyət göstərməkdədir.
Xaçmaz rayonunda 1960-cı ildə şair Murad Qudyalçaylı tərəfindən "Dostluq" ədəbi məclisi yaradıldı. Sonralar onun adını "Ulduzlar" ədəbi məclisi qoyaraq şair Fərzalı Ziyanur sədirlik etməklə fəaliyyətini davam etdirdi."Ulduzların" bu illər ərzində ədəbi məclis olaraq fəallığı cəmi "Duyğu yarpaqları" adlı iki almanaxı olmuşdur.
Bu məclisdə bir iş görməyi yalnız "Dərəyələz" qəzetində şeirlər çapa verən şair Səyyad Sərraf Xudat şəhərində 2022-ci ildə "Söz işığı" adlı ədəbi məclis yaratdı. Baxmayaraq ki, eyni şairlərin ayın bir günü "Ulduzlar"a, bir günü "Söz işığı"na yığışıb bir-birlərinə öz şeirlərini oxumaqdan başqa gözə görünən bir fəallıqları, işləri olmamışdır.
Onu da, qeyd edim ki, Xaçmazda şairə Füruzə Məmmədovanın adına yaradılmış "Füruzə ocağı" adlı ədəbi məclis də, var və nəyə xidmət edildiyi görünməməkdədir.
İki ildir ki fəaliyyət göstərən "İlham çeşməsi" adını qeyd etdiyim məclislərdən qat-qat çox iş görməkdə və şairləri ilə öz sözünü deməkdədir. Məqsədimiz burda şair Böyükağa Ağanın sədirlik etdiyi "İlham çeşməsi elmi-ədəbi məclisi"ni tərifləmək və ya öndə göstərmək deyil. Məqsədimiz və amalımız şairlərin bir-birinə paxıllığına , iş görmək istəyənlərə mane olmağı, irəliyə addım atanın ayağını çəkmək istəklərinə irad tutmaq və son qoymaqdır.
Bölgədə bir şairin öz şəxsi hesabına şəxsi kitabının çıxarılması və ya ümumi məclis yaradıb şairləri bir araya gətirməsi həmin bölgənin adıdır, fəxridir, ədəbiyyata dəstəgidir.
Doğrudur ki, Xaçmaz yazarları ümumilikdə çox güclü, yüksək potensiala malik olan yazarlardır. Amma, sakitcə məclis qurub fərqli yerlərdən dəstək , qrant alıb iş görən şairlərdən fərqli olaraq , nədən "İlham çeşməsi ədəbi-elmi məclisi"nə qarşı narazılıqlar ,paxıllığlar, iradlar bildirilməkdədir ?
Hər şeyi zamanın ixtiyarına buraxmaq lazımdır. Xeyir işdə əməyi olana isə, mane olmaq lazım deyil.
Allahın dörd müqəddəs kitabı var. Dördüncü kitab Quran nazil olunduqdan sonra "Zəbur,Tövrat,İncil"in gücü qüvvədən düşdü. Çünki, Allah onlardan da, mükəmməlini yaratdı. Bəli, Allah belə öz mükəmməl kitabını 23 ilə nazil etdi. Təbiidir ki, insanlara da, möhlət verilməlidir ki, ələ aldığı işlərinin mükəmməlliyini yaratsın və cəmiyyətə gözəl şəkildə təqdim etsin.
Qeyd :
Bu adını çəkdiyim şairlərin və ya ədəbi məclislərin heç biri ilə şəxsi qərəzliyim yoxdur. Sadəcə kənardan azad insan kimi ,müstəqil yazar kimi gördüklərimi qələmə aldım və hər kəsi mübahisə etməyə yox, yaxşı mənada mücadilə etməyə səsləyirəm.
Şair; AGAH XAÇMALI