O qorxulu görüntülər Laçında çəkilməyibmiş - VİDEO

Sosial şəbəkələrdə ayının inək naxırına hücum etməsini əks etdirən görüntülər yayılıb.

Lim10.az xəbər verir ki, görüntülərin Laçın rayonu ərazisində yerləşən Qırxqız dağında çəkildiyi qeyd edilib.

Ayının hücuma keçdiyi və mal-qaranı yediyi bildirilir.

Qısa zamanda 70 minə yaxın baxış toplayan video insanlar arasında narahatlıq doğurub.

Sosial şəbəkə istifadəçiləri isə görüntülərin Qırxqızda çəkilmədiyini yazıblar. Qeyd edilib ki, Qırxqızda videodakı kimi düzən ərazi olmadığı kimi hazırda orada mal-qara da yoxdur.

Başqa bir sosial şəbəkə istifadəçisi isə videonun Qırğızıstanda çəkildiyini və heç bir tələfat olmadığını yazıb.

Həmin görüntüləri təqdim edirik: