VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ

 

Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır. İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə. Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir. Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır. Bu gün yolumuz Salyan rayon ərazisində yerləşən YOLÜSTÜ" restaranından düsdü və gördüyümuz mənzərə bizi çox sevindirdi. Burada şəhidlərin xatirəsi ehtiramla yad olunur.  Başda " Yolüstü" restoranın rəhbərliyi və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Beş ildir öz peşəkarliiğı,gülər üzü ilə hər zaman şəhid ailələrinin xidmətində dayanan Aygün Nəcəfova şəhid ailələrinə yaxınlaşaraq onlarla görüşdü ,onları salamlayaraq Emin Tahir oğlu Məmmədovun və Xudaverdi Musa oğlu Əbdülsoyun salamlarını çatdırdı, səmimi söhbət edərək rəhbərlik adından hər zaman onlara dəstək olacaqlarını bildirərək onu da qeyd etdi ki, "Yolüstü" restaranının rəhbərliyi hər zaman şəhid ailələrinə, qazilərə təmənnasız xidmət göstərir.
Yolunuz hər zaman uğurlu olsun Emin Məmmədov,Xudaverdi Əbdulsoy.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü