Vətən bizim and yerimiz

Vətən- bizim and yerimiz,
Vətən -bizim qürurumuz.
Vətən -bizim ruhumuzda.
Vətən -bizim canımızda.
Salyanda 44 günlük Vətən Müharibəsi şəhidi Sabir Hikmət oğlu Salahovun anadan olmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
15 avqust 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivənsində "Vətən bizim and yerimiz" layihəsi əsasında 44 günlük Vətən Müharibəsi şəhidi Sabir Hikmət oğlu Salahovun anadan olmasının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbir Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatın, Salyan rayon Heydər Əliyev Mərkəzinin, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin, Salyan rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Şəhid Sabir Salahovun ailə üzvləri, şəhid ailələri, ziyalılar, şəhidin döyüş yoldaşları, ağsaqqallar, YAP fəalları, təhsil və mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Himni səsləndirildi sonra isə Ulu Öndər Heydər Əliyev və vətən torpaqları uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi ehtiramla yad olundu.
Tədbirdə çıxış edən hər kəs Sabir kimi bir oğul böyütdükləri üçün Salahovlar ailəsinə təşəkkür etdilər.Sabir Salahovun döyüş yoldaşları onun qəhrəmanlıqla dolu olan döyüş yolundan danışdılar.
Tədbirdə vətənpərvər musiqilər,şerlər səsləndirildi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Məkanın cənnət olsun igid oğul.
Raziyə Rzayeva
AYB və AJB-nin üzvü